ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Özbəkistanın Səmərqənd vilayətində müğənni Zeboyi Jaxon əri tərəfindən öldürülüb.
Bu barədə "Milliy” telekanalının Millar verilişində məlumat verilib.
Məlumata görə, faciə iyulun 26-da müğənninin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.
Qeyd olunub ki, Zeboyi Jaxon 3 uşaq anası olub. Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinovun sözlərinə görə, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.
///Report
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.