AZ

Özbəkistanda müğənni əri tərəfindən öldürülüb

Özbəkistanın Səmərqənd vilayətində müğənni Zeboyi Jaxon əri tərəfindən öldürülüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Milliy” telekanalının Millar verilişində məlumat verilib.

Məlumata görə, faciə iyulun 26-da müğənninin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.

Qeyd olunub ki, Zeboyi Jaxon 3 uşaq anası olub. Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinovun sözlərinə görə, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Seçilən
52
3
nocomment.az

10Mənbələr