ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.
APA-nın məlumatına görə, Bakıdan Sumqayıt çimərliyinə gələn 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.Onlara kömək etmək istəyən şəxs yeniyetmələrdən birini xilas edə bilsə də, digərinə kömək etmək istəyən zaman onunla birlikdə boğulub.
2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs həyatını itirib. Hazırda onların axtarışları davam etdirilir.
https://t.me/apa_az/101440
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.