“Real” yarımmüdafiəçisi Mario Martini “Xetafe”yə icarəyə verdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “kral klubu” məlumat yayıb.
La Liqa kollektivləri arasındakı müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm 21 yaşlı Martin “Valyadolid”də icarə əsasında çıxış edib və La Liqada 30 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlavə edək ki, futbolçu “Real”ın yetirməsidir.