AZ

Sandu seçkilərə xarici müdaxilə ilə bağlı təhlükəsizlik şurasının iclasını çağırıb

Moldova prezidenti Maya Sandu sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə xaricdən müdaxiləni müzakirə etmək üçün çərşənbə günü Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“Report” xəbər verir ki, görüş zamanı şura üzvləri informasiya manipulyasiyasına və seçki prosesinə xarici müdaxilələrə qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, görüşdən sonra Sandu mətbuat konfransı keçirəcək və burada təfərrüatları təqdim edəcək.

Seçilən
11
14
report.az

10Mənbələr