Bakı. Trend:
Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri qeydəalınan ən güclü zəlzələ baş verib.
Trend xəbər verirki, bölgədə sunami təhlükəsi elan olunub və əhali təxliyəedilir.
Fövqəladə hallar xidmətləri gücləndirilmiş rejimdə fəaliyyətgöstərir, vəziyyət tam nəzarət altındadır.
Əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə normal həyatşəraitini bərpa etmək məqsədilə bütün zəruri tədbirlər həyatakeçirilir. Rusiya Elmlər Akademiyasının Geofizika XidmətininKamçatka filialının məlumatına əsasən, 8,7 bal gücündə zəlzələninepisentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr uzaqlıqdayerləşib.
Zəlzələ nəticəsində Petropavlovsk-Kamçatskidə yerləşən 15 saylıuşaq bağçasının divarlarından biri uçub. Eyni zamanda Yaponiya vəABŞ-da da sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə,Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərqsahillərinə yönələn sunami dalğalarının hündürlüyü 3 metrə çatacaq.Sahilyanı ərazilərdə yaşayan insanlar dərhal təxliyəyə çağırılıb.İlk sunami dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Sunami təhlükəsi səbəbilə Yaponiyanın “Tokyo Electric Power”(TEPCO) enerji şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasındantəmizlənmiş suyun axıdılması prosesinin növbəti mərhələsinidayandırıb. Stansiya işçiləri də təhlükəsizlik məqsədilə təxliyəedilib. Qeyd olunub ki, bu, ölkədə sunami təhlükəsi elan olunduğuhallarda tətbiq edilən standart prosedurdur. “Fukusima-1” AES Sakitokean sahilində yerləşir.
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA)Kamçatkada baş verən zəlzələyə görə sunami təhlükəsi ilə bağlıxəbərdarlıq yayıb. Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya”meteoroloji stansiyasının yaxınlığında dalğaların hündürlüyü 3–4metr olan sunami müşahidə olunub.