AZ

KİV: Pentaqon rəhbəri istefa verə bilər

ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür.

Operativ Media "NBC News"a istinadən xəbər verir ki, bunun üçün o, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq .

Onların məlumatına görə, Heqset son üç həftədir ki, namizədliyini irəli sürmək və kampaniyaya başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir. Bununla belə, Pentaqonun qaydalarına görə, Heqset qubernator postuna namizəd olmaq üçün müdafiə naziri vəzifəsindən istefa verməli idi. NBC News qeyd edir ki, bu, Amerika müdafiə departamentinin rəhbərliyində ən böyük dəyişiklik olardı.

Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanala verdiyi şərhdə bu məlumatı təkzib edib.

Seçilən
57
1
operativmedia.az

4Mənbələr