AZ

ÇL: "Qarabağ" "Şelburn"la cavab oyununda üz-üzə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" bu gün növbəti sınağına çıxacaq. 

Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" İrlandiyanın "Şelburn" komandasını qonaq edəcək. 

Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirəcək. VAR hakimi Daniele Doveri, VAR assistenti isə Daniele Paterna olacaq.

Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı təqdirdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

 
20.00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)

Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
6
24
fanat.az

10Mənbələr