Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün 10 qarşılaşma oynanılacaq.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın növbəti mərhələdəki rəqibi də bu gün məlum olacaq. Ağdam klubu mərhələni adlayarsa, FCSB - "Şkendiya" cütünün qalibi ilə oynayacaq. İlk matçda "Şkendiya" 1:0 hesabı ilə qalib gəlib.

Dünən keçirilən oyunlardan sonra "Dinamo" (Kiyev), "Slovan" (Bratislava), "Kayrat" (Qazaxıstan), "Kopenhagen" (Danimarka) və "Srvena Zvezda" (Serbiya) III təsnifat mərhələsinə yüksəlib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

30 iyul

20:00 "Qarabağ" - "Şelburn" (İlk matç 3-0)

21:00 "Malmö" (İsveç) - RFS (Latviya) (4-1)

21:30 FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) (0-1) ("Qarabağ" "Şelburn" səddini keçərsə, növbəti mərhələdə bu cütün qalibi ilə oynayacaq)

21:30 "Ludoqorets" (Bolqarıstan) - "Riyeka" (Xorvatiya) (0-0) ("Qarabağ" ÇL-da mübarizəni dayandırsa, Avropa Liqasındakı rəqibi bu cütün məğlubu olacaq)

22:00 "Ferentsvaroş" (Macarıstan) - "Noa" (Ermənistan)  (2-1)

22:00 "Makkabi Təl-Əviv" (İsrail) - "Pafos" (Kipr) (1-1)

22:00 "Panatinakos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) (0-2)

22:30 "Breydablik" (İslandiya) - "Lex" (Polşa)  (1-7)

22:45 "Zaltsburq" (Avstriya) - "Brann" (Norveç) (4-1)

23:00 Servet" (İsveçrə) - "Viktoriya Plzen" (Çexiya) (1-0)