Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda İrlandiyanın “Şelburn” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Şelburn” (İrlandiya)
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Keççoni, Kevin Bonasina
VAR hakimləri: Daniele Doveri, Daniele Paterna (hamısı İtaliya)
Tofiq Bəhramov adına Respublika Stadionu