Bakı. Trend:
Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksindətikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasınıntəşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlətbüdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentininehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma vəArxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manatvəsait ayrılıb.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyibu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşmənitəmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.