AZ

“Allah milli komandamıza rəhmət eləsin!” – Ramin Musayev


“Baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev Teleqraf-a müsahibəsində deyib.
“2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti aradan qalxacaq. Düşünmürsünüzmü ki, avrokuboklarda çıxış edən komandaların start heyətlərində yerli futbolçuların azalması da bununla bağlıdır?” – sualına cavabında R. Musayev bildirib ki, klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar:
“Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”
Millinin builki nəticələrində də geriləmə ilə bağlı isə Musayev qeyd edib ki, milli haqqında nə sual verin, nə də cavab gözləyin:
Seçilən
27
12
yeniavaz.com

10Mənbələr