AZ

Azərbaycandakı “Greentek Pay”ə icrası məcbur göstəriş verildi

“Greentek Group” MMC və ya “Greentek Pay” barəsində icrası məcburi göstəriş verilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “Greentek Group” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilmişdir.

Bildirilir ki, bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.

Xatırladaq ki, “Greentek Group” MMC 18 sentyabr 2024-cü il tarixində AMB-dən lisenziya əldə edib.

Seçilən
25
14
banker.az

10Mənbələr