AZ

Mərkəzi Bank 2 təşkilata xarici valyutada köçürmə aparılmasının dərhal dayandırılması barədə göstəriş verib

Mərkəzi Bank “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yəvə “Greentek Group” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilmişdir. Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “Greentek Group” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilmişdir. Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.

 

Seçilən
57
14
marja.az

10Mənbələr