Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” və “A-Solutions"MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstərişverib.
Trend bubarədə tənzimləyici quruma istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyatakeçirilən cari nəzarət tədbirləri çərçivəsində “A-SolutionsElektron Pul Təşkilatı” MMC tərəfindən 1 iyun 2025-ci il tarixinəqədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə(VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürməəməliyyatlarının aparılması faktları aşkar edilib.
Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xaricivalyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhaldayandırılması barədə göstəriş verilib", - deyə məlumatda qeydedilib.