AZ

150 bağçada keyfiyyət sistemi qurulub, 41 müdir işdən çıxarılıb - Agentlik rəsmisi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlayıb və bu sənəd əsasında ölkə üzrə 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.


Agentlik rəsmisi əlavə edib ki, bu il əlavə 100 bağçada da monitorinqlərin aparılmasını planlaşdırır.

Monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yerli təhsili idarəetmə orqanları ilə birgə yoxlanılır.

2025-ci ilin yanvar ayından bu günədək aparılmış monitorinqlər nəticəsində müxtəlif nöqsanlara görə 41 bağça müdiri işdən azad olunub. 
Eyni dövrdə 100-dən çox rəhbər şəxsə inzibati tədbirlər tətbiq edilib.

Gülnar Nazimqızı

Seçilən
18
38
anews.az

10Mənbələr