2025-ci ilin yanvar ayından etibarən aparılan yoxlamalar nəticəsində aşkar edilən nöqsanlara görə 41 bağça müdiri işdən cixarilibMetbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O qeyd edib ki, 100-dən çox müdir barəsində inzibati tədbirlər görülüb.Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün xüsusi keyfiyyət çərçivə sənədi hazırlanıb. Bu sənədə əsaslanaraq indiyədək 150 bağçada daxili keyfiyyət sisteminin qurulması istiqamətində monitorinqlər aparılıb. Cari ildə isə əlavə 100 bağçada bu işlərin davam etdirilməsi planlaşdırılır.Planlı monitorinqlər Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən birgə şəkildə həyata keçirilir. Yoxlamalar zamanı əsas diqqət bağçaların idarəetmə sistemi, pedaqoji fəaliyyətlər və inzibati işlərin keyfiyyətinə yönəldilir.Sevinc İbrahimzadə / Metbuat.az