2–3 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
-60 kq
Nihad Məmişov
Fərid Qarayev
-66 kq
Məhəmməd Musayev
Nizami İmranov
-73 kq
Əbil Yusubov
-81 kq
Süleyman Şükürov
-90 kq
Tuncay Şamil
Aslan Kotsoyev
+100 kq
Ramazan Əhmədov