AZ

Azərbaycan cüdoçuları Şimali Makedoniyada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər

Azərbaycan cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

"Report" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Yığmaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kq) və Ramazan Əhmədov (+100 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar.

Qeyd edək ki, avqustun 2-dən 3-dək davam edəcək turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.

Seçilən
12
3
report.az

6Mənbələr