UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***20:01
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdma təmsilçisi 3:0 hesablı qələbə qazanıb.