AZ

ÇL: "Qarabağ" "Şelburn"la matçda hesabı açdı -YENİLƏNİR

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" bu gün növbəti sınağına çıxır. 

Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" İrlandiyanın "Şelburn" komandasını qəbul edir. 

Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşmaya saat 20:00-da start verilib.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü italiyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Andrea Kolombodur. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edirlər. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirir. VAR hakimi Daniele Doveri, VAR assistenti isə Daniele Paternadır.

Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı təqdirdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

 
“Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) 1:0 (2-ci hissə)

Qol: Con Martin, 44-avtoqol

Kadi, 68-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdella Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 27. Toral Bayramov

"Şelburn": 13. Spil, 4. Ledvic, 5. Çapman, 8. Koyle (k), 10. Martin, 11. Odubeko, 15. Bone, 17. Kelly, 18. Norris, 23. Makİnroy, 24. Templ

Ehtiyat oyunçular: 19. Hili, 50. Topçu, 2. Qannon, 6. Lunney, 7. Vud, 9. Boyd, 14. Kute, 16. O'Sullivan, 27. Kaffrey, 29. Barrett, 44. Rinq

Seçilən
0
24
fanat.az

10Mənbələr