AZ

ÇL: "Qarabağ" "Şelburn"a minimal hesabla qalib gəldi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" bu gün növbəti sınağına çıxıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" İrlandiyanın "Şelburn" komandasını məğlub edib. 

Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi evdə rəqibinə minimal hesabla qalib gəlib..

Qeyd edək ki, "Qarabağ" növbəti mərhələdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

 
“Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) 1:0

Qol: Con Martin, 44-avtoqol

Kadi, 68-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdella Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 27. Toral Bayramov

"Şelburn": 13. Spil, 4. Ledvic, 5. Çapman, 8. Koyle (k), 10. Martin, 11. Odubeko, 15. Bone, 17. Kelly, 18. Norris, 23. Makİnroy, 24. Templ

Ehtiyat oyunçular: 19. Hili, 50. Topçu, 2. Qannon, 6. Lunney, 7. Vud, 9. Boyd, 14. Kute, 16. O'Sullivan, 27. Kaffrey, 29. Barrett, 44. Rinq

Seçilən
2
24
fanat.az

10Mənbələr