Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Far.Az xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.
***20:44
Bakının mərkəzində – Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az xəbər verir ki, avtomobil skuter sürən azyaşlını vurub.
Nəticədə azyaşlı hadisə yerində həyatını itirib.