AZ

Daha bir ayrılıq - RƏSMİ

“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.

"Qəbələ" daha öncə Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarovla da yollarını ayırıb.

Seçilən
120
19
sportinfo.az

10Mənbələr