AZ

Konfrans Liqası: “Sabah”, “Zirə” və “Araz” üçün mühüm gün

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə “Sabah” doğma meydanda Moldova təmsilçisi “Petrokub”la münasibətlərinə aydınlıq gətirəcək. Masazırda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. “Sabah” Moldovada keçirilmiş ilk oyundan 2:0 hesablı qələbə ilə qayıtdığı üçün mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir. Hətta “bayquşlar”ın doğma meydanda daha rahat qələbə qazanması proqnozlaşdırılır.

Daha sonra “Araz-Naxçıvan” səfərdə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi də doğma meydanda keçirilmiş ilk oyundan qalib ayrılıb – 2:1. Amma “Sabah”dan fərqli olaraq, “Araz-Naxçıvan”ın işi elə də asan olmayacaq. Çünki Saloniki təmsilçisi güclü azarkeş dəstəyi sayəsində Bakıdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bu görüşdə şotland hakimlər söz sahibi olacaqlar.

“Zirə” də cavab görüşünü səfərdə keçirəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın “Hayduk” komandasının qonağı olacaq. Bu komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməyib – 1:1. Bu üzdən hər şeyə Split şəhərindəki görüşdə aydınlıq gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı italyan hakimlər idarə edəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
31 iyul

20:00. Sabah – Petrokub
Baş hakim: Danilo Nikoliç (Serbiya).
“Masazır Arena”.

22:15. Aris – Araz-Naxçıvan
Baş hakim: David Dikkinson (Şotlandiya).
Saloniki. Kleantis Vikelidis stadionu.

23:00. Hayduk – Zirə
Baş hakim: Luka Payretto (İtaliya).
Split. “Polyud” stadionu.

Seçilən
22
14
arena.az

10Mənbələr