AZ

İran ABŞ-yə ultimatum verdi

İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Tehranla danışıqların bərpası üçün ölkəyə dəymiş ziyanı kompensasiya etməli və belə hücumların bir daha təkrarlanmayacağına zəmanət verməlidir.

Milli.Az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi "Financial Times"a müsahibəsində deyib.

O bildirib ki, ABŞ İsraillə İran arasında baş vermiş 12 günlük münaqişə zamanı danışıqlar fonunda hücuma qoşulmaqla prosesi pozub və bu, qəbulolunmazdır. Əraqçi əlavə edib ki, bundan sonra İran "hər şey əvvəlki kimi davam etsin" prinsipi ilə razılaşmayacaq.

Qeyd edək ki, ABŞ bu münaqişə zamanı "THAAD" tipli müasir raket əleyhinə müdafiə sistemlərinin ehtiyatının dörddəbirini tükədib və bu, istehsal tempindən dəfələrlə çoxdur. ABŞ-ın bu vəziyyəti raketdən müdafiə sistemindəki zəifliyi üzə çıxarıb.

İsmayıl
Milli.Az

Seçilən
14
1
milli.az

10Mənbələr