Bu gün yoxlama matçı çərçivəsində "Kəpəz" və "Sumqayıt" komandaları qarşılaşacaqlar.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, Saşa İliçin "Sumqayıt"ı daha öncə yoxlama oyununda "Qəbələ"yə uduzub (0:1). Komandanın növbəti oyunları avqustun 3-də "Şamaxı"ya, avqustun 7-də yenidən "Qəbələ"yə qarşı olacaq.
"Kəpəz" isə "Qəbələ"yə (0:2), "Şamaxı"ya (1:6) məğlub olub.