AZ

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 8 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyaya 586 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 6,4 % azalaraq 287,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 36,15 % artaraq 154,8 milyon ABŞ dolları olub.

Ötən 6 ayda Azərbaycan həmçinin İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynaya isə 95,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
18
11
report.az

10Mənbələr