"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vacini transfer edib.
Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.