Onlar Qəzza zolağında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ilə müharibənin həlli istiqamətində danışıqların cari vəziyyəti ilə əlaqədar müzakirə aparacaqlar.
Stiv Vitkof həmçinin Qəzza zolağına da şəxsən baş çəkəcək.
* * *
11:34
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bu gün İsrailə səfərə yollanacaq.
"The Guardian" qəzetinin məlumatına görə, o, səfər çərçivəsində İsrailin hökumət nümayəndələri ilə görüşərək, Qəzza zolağındakı cari vəziyyət, HƏMAS-la atəşkəs danışıqlarının gedişi ətrafında müzakirə aparacaq.
![]() |
Ottavanın qərarı Trampı qəzəbləndirib |
Stiv Vitkofun səfəri bir sıra ölkənin, o cümlədən Kanada və Britaniyanın Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı qərarları fonunda baş verir. Belə ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, belə bir addım iranyönümlü HƏMAS terror təşkilatını "mükafatlandırmaq" deməkdir. İstisna deyil ki, Vitkof keçirəcəyi görüşlərdə bu məsələyə də toxunacaq.
Firudin Həmidli
AzVision.az