AZ

Nyu-Yorkda qripə bənzər infeksiyaya kütləvi yoluxma qeydə alınıb - Ölən var

Bakı. Trend:

Nyu-Yorkda bir həftə ərzində azı 22 nəfər “legionerlər”xəstəliyinə tutulub, onlardan biri həyatını itirib.

Trend xəbər verirki, bu barədə ABC telekanalı şəhərin səhiyyə departamentinəistinadən xəbər verir.

Yoluxmanın ocağı Manhettenin şimalında yerləşən Harlemrayonudur.

“İyulun sonlarından bəri rayonda olmuş insanlarda qripsimptomları, o cümlədən, qızdırma, öskürək və ya tənəffüsçətinlikləri olduğu təqdirdə dərhal tibbi yardım üçün müraciətetmələri tövsiyə olunur”, - deyə departament xəbərdarlıq edib.

Əsas risk qrupuna yaşı 50-dən çox olan insanlar, ələlxüsus dasiqaret çəkən və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən vəya immuniteti zəif olanlar daxildir.

Bu, Nyu-Yorkda baş verən ilk belə epidemiya deyil. Şəhərdə“legionerlər”in ən böyük yayılmalarından biri 2015-ci ildə qeydəalınmışdı. Həmin vaxt 138 nəfər yoluxmuş, onlardan 16-sı dünyasınıdəyişmişdi.

Məqalədə:
Seçilən
24
2
az.trend.az

3Mənbələr