AZ

İdmançımız AÇ-də 2 medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir. 

Gundem.az xəbər verir ki, son yarış günü  atletlərimizdən Muhəmmədəli Məmmədzadə U 15 kateqoriyasında mübarizəyə qoşulub. 88 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək gümüş medala sahib olub.

Muhəmmədəli təkanla qaldırma hərəkətində 147 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb. 

Bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kq (102+116) nəticə ilə birinciliyi 6-cı pillədə başa vurub.

Seçilən
75
6
gundem.az

10Mənbələr