Yeni mövsümə hazırlaşan “Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun vaxtı bəlli olub.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL komandası ilə qarşılaşacaq. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Bundan əvvəl “Hapoel” (İsrail, Təl-Əviv) (1:1) və “Termalitsa” Polşa) (2:2) ilə qarşılaşmış “Neftçi”nin “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.