Azərbaycanlı məşqçi Xəqani Məmmədovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Neftçi İK" futbol akademiyasının koordinatoru təyin olunub.
O, bu vəzifədə Məhərrəm Həsənovu əvəz edib.
"Qəbələ"də Elmar Baxşıyevin köməkçisi çalışmış Məmmədovun son iş yeri I Liqa təmsilçisi "Difai" olub.
Qeyd edək ki, sabiq hücumçu Xaqani Məmmədov 2007/08 mövsümündə 19 qolla Azərbaycan çempionatının bombardiri olub.
Mirağa