UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.
"Report"un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.