AZ

"Araz-Naxçıvan"dan ikinci qol - YENİLƏNİR

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci qol vurulub.

Referans xəbər verir ki, "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos 38-ci dəqiqədə penaltidən fərqlənib - 2:0.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

xxx

22:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab açılıb.

Referans xəbər verir ki, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

xxx

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.

Referans xəbər verir ki, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Seçilən
41
15
referans.az

10Mənbələr