
ABŞ administrasiyası 10 günlük müddətdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır, baxmayaraq ki, bu addımın Ukraynadakı vəziyyətə ciddi təsir göstərəcəyinə inanılmır. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib."Rusiyanın etdikləri iyrəncdir. Bu, çox üzücüdür. Biz sanksiyalar tətbiq edəcəyik. Bilmirəm, (Rusiya prezidenti Vladimir Putin — red.) bundan narahat olacaqmı. Bilirsiniz, onlar sanksiyalardan xəbərdardırlar. Sanksiyaları, rüsumları və digər hər şeyi hamıdan yaxşı mən bilirəm. Bunun hansısa təsiri olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", – deyə Tramp bildirib.Ulusum.az
Diqqət Çəkənlər
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin
Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi
Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi