AZ

Yaxın 2 ildə Kiyev üçün 54 milyardlıq yardım

ABŞ Senatı növbəti 2 il ərzində Ukraynaya 54,6 milyard dollar ayrılması barədə qanun layihəsi təklif edib.

Yenisabah.az The New York Times-a (NYT) istinadla xəbər verir ki, bu məbləğin bir hissəsi müsadirə edilmiş Rusiya aktivlərindən daxil olacaq.

Qanun layihəsi ABŞ prezidentinin səlahiyyətlərini genişləndirir, ona Konqresin razılığı olmadan Ukraynaya silah ötürməyə imkan verir. Dördpendirli pizza

NYT-nin qeyd etdiyi kimi, onun təsdiqlənmə şansı azdır, çünki bir çox respublikaçılar Amerika lideri Donald Trampın xarici yardıma xərcləri azaltmaq kursunu dəstəkləyir. ABŞ-ın vitse-prezidenti  Vens də qeyd edib ki, Ukrayna “heç bir şəraitdə” daha 60 milyard dollar yardım almayacaq.

İyulun 31-də ABŞ Senatının Təxsisatlar Komitəsi 2026-cı ildə Ukraynaya 800 milyon dollar yardım ayrılmasını təsdiqləyib.Bundan əlavə, komitə Baltikyanı təhlükəsizlik təşəbbüsü üçün 225 milyon dolların təsdiqləndiyini, həmçinin Bəhreyn və İordaniya üçün maliyyənin artırılmasını elan edib.


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr