AZ

Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 8 milyard manatı ötüb

Bakı. Trend:

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafınındəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxilidövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədədövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6dəfə artaraq 1 iyul 2025-ci il tarixinə 8.027 milyard manataçatıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat tarixinə dövriyyədə olan 8.026,8 milyonmanat məbləğində dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik,57,0 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətliqiymətli kağızlarının payına düşür.

Bildirilib ki, 1 iyul 2025-ci il tarixinə dövriyyədə olan dövlətistiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 təşkil edib:"2025-ci ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrəorta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirməhəcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərnəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq dahauzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlətistiqrazları üzrə OÖM-ün artmasına səbəb olub".

"Cari ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrəOÖM-ün artırılması istiqamətində həyata keçirilən tədbirlərçərçivəsində uzunmüddətli dövlət istiqrazlarının emissiyası həyatakeçirilib. Eyni zamanda, cari ilin birinci yarımili ərzində dövlətistiqrazlarının gəlirlilik dərəcələrində azalma müşahidəolunmuşdur. Aşağıdakı qrafikdə dövlət istiqrazlarının illər üzrəorta gəlirlilik dərəcələri ilə yanaşı, Azərbaycan RespublikasıMərkəzi Bankının uçot faiz dərəcəsi istinad göstərici kimi təqdimedilib", - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr