AZ

Peskov: Rusiya və Belarus prezidentləri bu gün qeyri-rəsmi görüş keçirəcəklər

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçiriləcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Görüş zamanı prezidentlər ikitərəfli münasibətlərin bütün spektrini - ticari-iqtisadi əlaqələri, birgə layihələrin həyata keçirilməsini müzakirə edəcək, eləcə də beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.

Seçilən
8
1
report.az

4Mənbələr