AZ

Mənsum İbrahimov Arif Babayevlə son görüşündən DANIŞDI

"Arif Babayev muğam sənətimizin əsas sütunlarından biri idi".

Bunu Modern.az-a Xalq artisti Mənsum İbrahimov mərhum sənətkarımız Arif Babayevlə bağlı təəssüratlarını bölüşən zaman deyib.

"O, sağlığında əfsanəyə çevrilmiş, böyük bir məktəb yaratmış sənətkar, xalqın qəlbində özünə heykəl ucaldan şəxsiyyət idi. Deyərdim ki, Arif müəllim hamımızın ustadı olmuşdu. Yüzlərlə tələbə yetişdirmiş, muğam sənətinə misilsiz töhfələr vermişdi. 35 ildən artıq Opera və Balet Teatrında fəaliyyət göstərərək baş rollarda çıxış etmişdi.

Onun xidmətləri əvəzsizdir – muğam sahəsində elə bir irs qoyub gedib ki, bu miras nəsillərlə yaşayacaq. Təkcə sənətkar yox, həm də böyük bir ictimai xadim idi.

Son görüşümüz elə dünən oldu. Ziyarətinə getdim və onunla vidalaşdım".

Xalq artisti qeyd edib ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Daha sonra isə l Fəxri Xiyabanda dəfn olunacaq.

Seçilən
5
17
modern.az

10Mənbələr