Ukrayna: Rusiya ordusu 72 pilotsuz təyyarə ilə hücum həyata keçirib
Rusiya ordusunun 72 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hava hücumu təşkil etdiyi bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Telegram hesabında yayılan açıqlamaya görə, ruslar bu gecə ölkəyə pilotsuz təyyarə ilə hücum edib.
Rusiya 300 pilotsuz təyyarə və 8 raketlə Ukraynanın müxtəlif şəhərlərinə hücum edib.
Açıqlamada Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə 72 pilotsuz təyyarə atdığı, 44 pilotsuz təyyarənin isə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi və ya yönləndirilərək zərərsizləşdirildiyi qeyd edilib.
Kiyevə dünənki hücumda ölənlərin sayı 28-ə çatıb
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) dünən Rusiyanın paytaxt Kiyevə endirdiyi hava hücumundan sonra davam edən axtarış-xilasetmə işlərini təfərrüatlandıran bəyanat yayıb.
Şəhərin Svyatoşinski rayonunda baş verən hücumda ölənlərin sayının 28-ə yüksəldiyi vurğulanan açıqlamada, "3-ü 2, 6 və 17 yaşlı uşaq olmaqla 28 nəfər həyatını itirib. 16-sı uşaq olmaqla 159 nəfər yaralanıb".
Açıqlamada dağıntı sahəsində axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.
Kiyevdə matəm günü elan edilib
Kiyev meri Vitali Kliçko Telegram hesabında verdiyi açıqlamada bu gün Rusiya ordusunun dünən həyata keçirdiyi hücumda həyatını itirənlərin xatirəsinə matəm günü olduğunu açıqlayıb.
Kliçko şəhərdəki bayraqların yarıya qədər endiriləcəyini qeyd edərək, "Avqustun 1-də şəhərdə bütün əyləncə tədbirlərinin keçirilməsi qadağandır" dedi.
aia.az
Tərcümə şöbəsi