AZ

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"Report" xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk matçını idarə edəcək.

Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Seçilən
29
12
report.az

10Mənbələr