Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk matçını idarə edəcək.
Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.
Qeyd edək ki, avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.