AZ

İsrailin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailinAzərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiriRonen Krausu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend -ə verilən məlumata görə, görüşzamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdimedib.

XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib, onaAzərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan və İsrail arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirəolunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika,kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitarsahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişafperspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıqdoğurduğu, Azərbaycanın sülh və sabitliyin bərqərar edilməsinəçağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğuqeyd edilib.

Yeni səfir fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığıngenişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinivurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
35
48
az.trend.az

10Mənbələr