AZ

Qorxulu anlar: Adamyeyən köpəkbalıqları bu ölkəyə axışdı

Böyük ağ köpəkbalığı Rusiya sahillərində getdikcə daha çox peyda olur və hətta insanlara hücum edir.

Publika.az xəbər verir ki, bu barədə "Kp.ru"ya bioloq Vladimir Dolqanov məlumat verib.

Alimlər hesab edirlər ki, adamyeyən köpəkbalıqlarının Saxalinə kütləvi axınının səbəbi bu bölgədə suyun çox istiləşməsidir.

"Ağ köpəkbalığı bu sularda tez-tez görünür. Demək olar ki, hər il bu yerlərə gəlirlər, onları Primorsk bölgəsində də müşahidə etmək olar. Çünki burada onlar asanlıqla qida tapırlar", - bioloq vurğulayıb.

Artıq Uzaq Şərq bölgəsində insanlara qarşı bir neçə hücum faktı qeydə alınıb. Məsələn, 2011-ci ildə bir köpəkbalığı 25 yaşlı kişinin əllərini dişləyib və 16 yaşlı yeniyetməyə hücum edib.

Seçilən
9
2
publika.az

3Mənbələr