AZ

“Qarabağ” pley-offa çıxsa, potensial rəqibləri bəllidi

Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə,  püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. Ağdam təmsilçisi “Şkendiya”nı məğlub edib pley-offa yüksələcəyi təqdirdə, potensial rəqibləri bəllidir. 

–  “Bude-Qlimt” (Norveç)
–  “Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Seçilən
25
5
idmanxeber.az

10Mənbələr