AZ

Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana 16,1 minə yaxın əcnəbi vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin iyun ayında qeyd edilən ölkələrdən Azərbaycana 4,3 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 26 faiz, cari ilin may ayına nisbətdə isə 20,3 faiz çoxdur.

İyun ayında Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:

ABŞ – 2 985

Kanada – 627

Braziliya – 241

Kolumbiya – 92

Meksika – 90

Seçilən
38
vergiler.az

1Mənbələr