AZ

Goranboyda zəncirvari yol qəzası oldu - Xəsarət alanlar var

Goranboy rayonunda üç maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb.

İki "VAZ" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Afət Əşrəfova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr