AZ

Qarabağ ın pley off a yüksələcəyi təqdirdə mümkün rəqibləri bəlli olub

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ" Çempionlar Liqasının pley-offdakı potensial rəqiblərini avqustun 4-də keçiriləcək püşkatma mərasimindən sonra tanıyacaq.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü raundda "Şkendiya"nı keçəcəyi halda bu klublardan biri ilə qarşılaşa bilər: "Budyo Qlimt", "Seltik", "Malmö" - "Kopenhagen" cütünün qalibi, "Lex" - "Srvena Zvezda" cütünün qalibi, "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Pley-off mərhələsinin oyunları avqustun 19/20-də və 26/27-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
oxu.az

2Mənbələr